Əlaqə Arxiv
news Image
2012.12.20
14:35
| A A A
Arda Turana şok təklif
Türk futbolçuya gözlənilmədən "Liverpul"dan təklif gəlib. "Atletiko" (Madrid) forması ilə azarkeşləri özünə heyran qoyan türkiyəli Arda Turana şok təklif gəlib. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ən son transfer təklifini oyunçuya İngiltərənin "Liverpul" komandası göndərib. "Liverpul"un baş məşqçisi Brendan Rodqers komandadan ayrılmaq istəyən Stüvart Douninqə çətinlik törətməyəcəyini deyib. Məlumata görə, artıq o, hədəflərində olan Arda Turanı öz heyətinə cəlb etmək üçün hərəkətə keçib. Futbolçunun meneceri Əhməd Bulut da açıqlamasında Ardanın yeni liqa və komandada uğur qazanmaq istədiyini deyib. O, transferin mövsümün sonunda gerçəkləşə biləcəyini deyib.  
Sizin Reklam Yeriniz