Əlaqə Arxiv
news Image
2016.07.01
12:00
| A A A
“Qəbələ” bir qələbə ilə iki tarix yazdı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşan "Qəbələ" Bakıda keçirilən ilk oyunda 5:1 hesabı ilə qalib gəlib.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb. Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan "qırmızı-qaralar" əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlmişdi. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qalib gələn "Qəbələ" Azərbaycan futbolu tarixinə də düşüb. Komandamız ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub "Qəbələ" olub. "Qırmızı-qaralar" həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub. 

Sizin Reklam Yeriniz