Uels AÇ-nın tarixinə düşdü
Uels millisi Avropa çempionatının tarixinə düşüb.Movqe.az goal.az-a istinadən xəbər verir ki, Belçika üzərində qələbə qazanaraq yarımfinala yüksələn Uels dünya və Avropa çempionatları tarixində 4 ən güclü sırasına düşən ən kiçik ölkə (əhali sayına görə) kimi fərqlənib.3 milyon əhalisi olan heç bir ölkənin yığması DÇ və AÇ-lərdə yarımfinala yüksəlməyib. Uels həm də son 20 ildə AÇ-nin yarımfinalına yüksələn ilk Böyük Britaniya komandasıdı.