Əlaqə Arxiv
news Image
2016.07.03
20:30
| A A A
Noyer: "Bonuççidən iki penalti buraxmaq istəmirdim"

Avropa çempionatının 1/4 finalında baş tutmuş Almaniya - İtaliya matçından sonrakı penaltilər seriyasında italyanların iki zərbəsini qaytaran Manuel Noyer "Sky Sports"a açıqlama verib.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, o, Bonuççinin zərbəsini qaytarmağa xüsusi kökləndiyini qeyd edib. Xatırladaq ki, "Juventus"un müdafiəçisi oyunda təyin olunan penaltini dəqiq yerinə yetirmişdi."İtaliyanın iki penaltisini qaytara bilərdim. Qalanları, məncə, mərkəzə vururdu. Bonuççinin bir oyunda mənə iki penalti vurmağını istəmirdim. Buna görə onun zərbəsini dəf etdim".

Sizin Reklam Yeriniz