Əlaqə Arxiv
news Image
2016.07.05
14:15
| A A A
"Kəpəz"in rəqibi azarkeşlərinə müraciət etdi

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə cavab oyununa çıxacaq "Daçiya" klubu azarkeşlərinə müraciət ünvanlayıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, klub saytında iyulun 7-də keçiriləcək qarşılaşmada tərəfdarların komandaya dəstək vermələri xahiş olunub. "Daçiya" rəsmiləri hətta azarkeşlərə matçın keçiriləcəyi Speyaya gəlib-qayıtmaları üçün yol xərclərini də ödəyəcəklərini vəd ediblər. Matçın biletləri isə stadiona gələnlərə pulsuz veriləcək.Qeyd edək ki, "Daçiya" - "Kəpəz" matçı iyulun 7-də Speyada şəhərinin eyniadlı stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Sizin Reklam Yeriniz