Əlaqə Arxiv
news Image
2013.01.05
14:01
| A A A
Klubsuz qalan ən yaxşı qapıçıya "Bakı" yiyə durmaq istəyir

"Bakı" futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi heyətinə qatmaqda maraqlıdır. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmiləri Yeni ildən sonra təcrübəli futbolçu ilə görüşməyi planlaşdırırlar. Mümkündür ki, "Bakı" da Kamrandan müqavilə ilə məxsus olduğu "Xəzər Lənkəran"la problemlərini özünün həll etməsini istəsin. Bakılılar yalnız bundan sonra yığmamızın qolkiperi ilə müqavilə bağlaya bilər. Qeyd edək ki, "Bakı" kimi, "Neftçi" də Kamranı heyətinə qatmaq istəyir. Lakin "ağ-qaralar"ın da şərti Kamranın "Xəzər Lənkəran"la problemi yoluna qoyandan sonra danışıqlar stolu arxasına əyləşməkdir. Sonda onu da bildirək ki, "Bakı"nın Ağayevlə bağlı iddiasını Edin Nuredinoskinin ciddi zədə alması artırıb.

Sizin Reklam Yeriniz