Əlaqə Arxiv
news Image
2013.01.05
14:53
| A A A
Komandamız 2-ci oldu

Türkiyənin Trabzon şəhərində döyüş növlərinin dünya kuboku keçirilib. 19 ölkənin iştirakı ilə keçirilən yarışda Rasim Eyvazovun rəhbərliyi ilə Azərbaycan komanda hesabında 2-ci yerə çıxıb. Uşaqlar arasında keçirilən döyüşlərdə 45 kq-da Babazadə Şamxal, 35 kq-da Məmmədov Ruslan, 50 kq-da İsgəndərov İsfəndiyar 2-ci, 20 kq-da isə Səfərov Nicat 1-ci yeri tutublar. Bundan başqa yeniyetmələr arasında 55 və 65 kq-da müvafiq olaraq Əhmədov Aqil və Vəliyev Əlfəddin 1-ci, 2-ci yeri isə 50 kq-da Mahmudov Mahmud tutub. Yaşlılar arasında keçirilən yarışda isə 60 kq-da İsgəndərov Yaşar, 65 kq-da Vəliyev Əli, 70 kq-da Quliyev Sərhəd, 81 kq-da isə Abdullayev Musa (kapitan) 1 - ci yeri qazanıblar. Gənclər arasında təşkil olunan döyüşlərdə 80 kq-da Tağıyev Fuad 1-ci, Məmmədov Orxan isə 2-ci yeri tutub.

Sizin Reklam Yeriniz