Əlaqə Arxiv
news Image
2013.01.08
18:40
| A A A
"Mançester Siti"nin 55 milyon avroluq təklifi rədd edildi
"Napoli" klubunun prezidenti Aurelio De Laurentis komandasının hücumçusu Edinson Kavaninin transferi üçün "Mançester Siti"dən rəsmi təklif aldıqlarını bildirib. De Laurentiis İngiltərə təmsilçisinin 55 milyon avroluq təklifini rədd etdiklərini deyib: "Mançester Siti"nin 55 milyon avroluq təklifini rədd etdik. Srağagün "Roma" ilə oyunda (4:1) bunun nə qədər düzgün addım olduğunu gördük. Kavani bizim futbolçudur. O, bir çempiondur və dünyanın ən yaxşı 10 oyunçusundan biridir". Qeyd edək ki, daha öncə uruqvaylı futbolçunun meneceri Mino Rayola Kavaninin mövsümün sonunda komandadan ayrılacağını bildirmişdi.
Sizin Reklam Yeriniz