Əlaqə Arxiv
news Image
2016.10.05
15:44
| A A A
Yeniyetmə güləşçilərin Bakı şəhər birinciliyi keçiriləcək

Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. 

Movqe.az goal.az-a istindən xəbər verir ki, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.


4 gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85,100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Proqrama əsasən, oktyabrın 13-14-də sərbəst, 15-16-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar Respublika turnirinə vəsiqə əldə edəcək. 


İlk yarış günü üçün idmançıların çəki prosesi 12 oktyabr saat 10:00-da 6 saylı UGGİM-nin zalında keçiriləcək. 

Sizin Reklam Yeriniz