Əlaqə Arxiv
news Image
2016.10.05
15:00
| A A A
FİFA irqçiliklə mübarizə üzrə yeni monitorinq sistemi tətbiq edəcək

2017-ci ildə keçiriləcək Konfederasiyalar Kuboku və 2018 mundialında irqi diskriminasiya ilə mübarizə tədbirləri gücləndiriləcək. Movqe.az goal.az-a istinadən xəbər verir ki, FİFA rəsmisi Alios Huq tribunada yerləşəcək azarkeşlərin davranışını müşahidə etmək üçün yeni sistem hazrılandığını nəzərə çatdırıb. Huq bu sistemin tam şəkildə Rusiyada baş tutacaq Dünya çempionatında tətbiq olunacağını bildirib.


"İnanırıq ki, futbol üzrə dünya çempionatı rasizm və diskriminasiyanın digər növlərinə "yox" demək və bu barədə siqnal çatdırmaq üçün ən ideal turnirdir" - FİFA rəsmisi əlavə edib.


Xatırladaq ki, bir neçə gün öncə FİFA Rasizm və diskriminasiya ilə mübarizə üzrə İşçi qrupunu buraxmışdı.

Sizin Reklam Yeriniz