Əlaqə Arxiv
news Image
2016.10.07
20:30
| A A A
“Bakılı” klubu cəzalandırıldı

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.


I Divizionun V turunun "Qaradağ Lökbatan" – "Şərurspor" matçında "Şərurspor" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.


I Divizionun V turunun MOİK – "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.


Oyunun 70-ci dəqiqəsində "Şahdağ" klubunun 13 №-li futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


I Divizionun V turunun "Energetik" – "Səbail" matçında "Energetik" və "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.


Oyunun 54-cü dəqiqəsində "Energetik" klubunun 19 №-li futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Oyunun 87-ci dəqiqəsində "Səbail" klubunun 17 №-li futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.


I Divizionun V turunun "Şəmkir" – "Turan Tovuz" matçında "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.


"Şəmkir" klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur.


I Divizionun V turunun "Bakılı" – "Zaqatala" matçında "Bakılı" klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur.

Sizin Reklam Yeriniz