Qəbələ” klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Movqe.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu kəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.
Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio
şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer
Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz
klubumuzun dəstəyilə Bakıda açılacaq.
6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm
ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək
səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif
sosial fəaliyyətlər də nəzərdə tutulur.
Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif
yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol
məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri
futbolçuların fərdi inkişafında rol oynayacaq.
Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da
kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına
inanırıq.
Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün
saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq.
Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun
yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə
məşqə çıxacaq.