Əlaqə Arxiv
news Image
2016.10.21
14:13
| A A A
“Qarabağ” klubların reytinq siyahısında 5 pillə irəliləyib

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Siyahıda Azərbaycanı təmsil edən 7 klub da var. Onlar arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdamlılar 15,9800 xalla 110-cu yerdə qərarlaşıb. Təmsilçimiz Avropa Liqasının qrup mərhələsinin III turunda PAOK üzərində qazanılan 2:0 hesablı qələbə ilə 5 pillə irəliləyib.

9,700 xala malik “Neftçi” isə geriyə doğru 3 addım atıb. Bakılılar 159-cu pillədədi. Hesabında 7,700 xal olan “Qəbələ” 179-cu yerdən 181-ciyə enib. Buna komandanın “Sent-Etyen”lə görüşdə xal qazana bilməməyi səbəb olub – 0:1.

220-ci yerdə qərarlaşan “İnter”in 5,950 xalı var. Lixtenşteyn “Vaduts”u ilə eyni - 4,450 xala malik “Xəzər Lənkəran” 280-ci yerə şərikdi. Digər komandalarımızdan “Kəpəz” (3,950) 301-ci, “Bakı” (3,700) 309-cudu.

İspaniya “Real”ının (150,342) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 139,213 xalla 2-ci, “Barselona” (İspaniya) 136,342 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Sizin Reklam Yeriniz