Əlaqə Arxiv
news Image
2016.10.25
11:46
| A A A
Millimiz ilk oyununa çıxacaq

Millimiz ilk oyununa çıxacaq
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2017-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.Movqe.az goal.az-a istinadən xəbər verir ki, Rumıniyada təşkil olunan IV seçmə qrupda ilk rəqib İngiltərə yığması olacaq.

Vüqar Məmmədin rəhbərlik etdiyi komanda oktyabrın 27-də Avstriya, oktyabrın 30-da isə ev sahibi Rumıniya ilə qarşılaşacaq. Elit mərhələyə vəsiqə qazanmaq istəyən yığma ya qrupda ilk iki pillədən birini tutmalı, ya da üçüncü yerdə qərarlaşan ən yaxşı 5 komandalardan biri olmalıdır. Milli üzvləri son hazırlıq prosesini Serbiyada keçib. Komandada yer alan 18 futbolçudan 6-sı legionerdir.

Artıq Rusiya, İrlandiya, Fransa, Hollandiya, Macarıstan, İsveç, Finlandiya, İspaniya, Slovakiya, Şotlandiya, Portuqaliya, Türkiyə və Norveç yığmaları elit mərhələyə vəsiqəni təmin edib.

Avropa çempionatı

Seçmə mərhələ

VI qrup

20:00. İngiltərə - Azərbaycan

Baş hakim: Fyodor Zammet (Malta)

Yan xətt hakimləri: Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya)

Dördüncü hakim: Katalin Qaman (Rumıniya)

Buftea. RFR-in futbol mərkəzi

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2017-ci ildə Xorvatiyada keçiriləcək.

Sizin Reklam Yeriniz