“Formula 1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə
start verilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın
1-də sayca ikincisi olan “Formula 1 jurnalistlərin gözü ilə” adlı
məqalə müsabiqəsinə start verir.
Müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda
keçirilən Formula 1 yarışına jurnalistlərin marağını cəlb etmək və
bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü
haqqında məlumatlılığı artırmaqdır.
BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai
jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir:
“Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi
etmişdir və bu dünya əhəmiyyətli bir yarışı izləmək və
işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdur.”
“
Fürsətdən istifadə edərək mən bütün əlaqədar jurnalistləri bu
müsabiqədəfəaliştirak etməyə səsləyirəm və inanıram ki, ölkə
ictimaiyyəti bu məqalələr sayəsində Formula 1 yarışına yaxından
bələd olacaqlar və bu da öz növbəsindəölkəmizdə motoridman
azarkeşlərinin sıralarını daha da genişləndirəcəkdir.”
Dekabrın 25-dək davam edəcəkmüsabiqədə vətəndaşlığından asılı
olmayaraq Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış
bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.
Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq
və müsabiqəninqalibi 2017-ci il Formula 1 yarış mövsümü öncəsi
Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya
səyahət üçün bilet qazanacaq.
İştirakçılar, həmçinin,qiymətli hədiyyələr və sertifikatlarla
mükafatlandırılacaqlar.
Məqalə müsabiqəsi haqqında daha ətraflı məlumatı bu keçiddən
www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyesəldə
edə bilərsiniz.
Bakı Şəhər Halqası haqda
Azərbaycanda təşkil olunan Formula 1 Avropa Qran Prisinin
promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı
Şəhər Halqası” (BŞH) adlanır.
19 iyun 2016-ci il tarixində dünyanın ən məşhur pilotlarının Odlar
Yurduna - Azərbaycana gəlişi ilə Formula 1 təqvimindəki ən yeni
şəhər trekində möhtəşəm yarış baş tutdu.
Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək sürət
həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa
etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki
olduğunu təsdiq etdi!
Formula 1 tarixində ən sürətli pit-stop rəsmi olaraq 1,92 saniyə
ərzində Bakıda keçirilən Qran Pri zamanı Williams komandası
tərəfindən həyata keçirilib.
Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə
məlumat əldə edə bilərsiniz.