Əlaqə Arxiv
news Image
2016.10.28
18:13
| A A A
I divizion klubunda məşqçi istefası

Azərbaycan çempionatının I divizionunda MOİK səfərdə "Şəmkir”ə 1:0 hesabı ilə məğlub olub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra Futbol11.az saytına açıqlama verən Bakı təmsilçisinin baş məşqçisi Müşviq Qənbərov fikirlərini bildirib: "Şəmkir"i qələbə münasibəti ilə təbrik edirəm. 7 turdan sonra Bakıdan kənara çıxa bildik. Meydançanın durumu yaxşı deyildi”.

Qənbərov artıq istefa ərizəsini rəhbərliyə təqdim edəcəyini də deyib: Səbəbi açıqlamayacam. Amma istefa ərizəmi rəhbərliyə təqdim edəcəm. Onlara mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Əslində, "Zaqatala" ilə oyundan sonra komandadan getmişdim. Sadəcə, bu gün uşaqlara görə Şəmkirə gəlmişdim. Getməyin komandanın nəticələrinə görə deyil. Səbəb ailənin içində qalacaq. Maliyyə problemindən söhbət gedə bilməz. Futbolçulara təşəkkür edirəm ki, 10 ay əzində yaxşı kollektiv oldular. MOİK-in artıq oyun üslubu var. Bu müddət ərzində komandanın oyunun rəng qata bildik".

Sizin Reklam Yeriniz