Əlaqə Arxiv
news Image
2013.01.16
16:58
| A A A
Bekhem “Milan”a qayıda bilər

"Milan" transfer siyasətində dəyişiklik etmək qərarına gəlib. Stadium.az xəbər verir ki, mövsümün əvvəlində komandada gəncləşdirmə siyasəti aparacağını bildirən "Milan" rəhbərliyi klubun cari mövsümdəki uğursuz çıxışını nəzərə alaraq, heyətə təcrübəli futbolçulardan da qatmaq fikrinə düşüb. Hələlik "rossenyerlər"in hədəfindəki veteran futbolçu bir vaxtlar "Milan"da icarə əsasında oynamış Devid Bekhemdi.

Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl "Los Anceles Qelaksi"dən ayrıldıqdan sonra klubsuz qalıb.

Sizin Reklam Yeriniz