Əlaqə Arxiv
news Image
2013.01.18
13:39
| A A A
Bekenbauer: "Zidan Fransa millisini çalışdırmalıdır"

Almaniya futbolunun canlı əfsanəsi Franz Bekenbauer "Real" (Madrid) klubunun sabiq futbolçusu Zinəddin Zidanın Fransa millisini çalışdırmalı olduğunu bildirib.

 "France Football"a danışan Bekenbauer Zidanın Fransa yığmasında uğur qazanacağına inandığını vurğulayıb:

"Məncə, Zidan Fransa millisini çalışdırmalıdır. Onun uğurlu bir karyerası olub. Zidan çox danışan biri deyil və komandada olan hər kəs onu diqqətlə dinləyəcək. Hörmətli və peşəkar insandır. Onun Fransa millisində uğur qazanacağına inanıram".

Qeyd edək ki, Zidan daha öncə açıqlamasında yaxın gələcəkdə məşqçilik karyerasına başlamaq istədiyini bildirmişdi.

Sizin Reklam Yeriniz