Əlaqə Arxiv
news Image
2016.12.02
19:30
| A A A
Misli görünməmiş qalmaqal: 350 futbolçu zorlanıb - FOTO

Futbolun vətəni sayılan Britaniyada çox böyük qalmaqal yaşanır.

Britaniyanın Milli Polis Rəhbərləri Şurasının (National Police Chiefs' Council, NSPCC) ölkə futbolunda zorakılıq və təcavüz halları ilə bağlı noyabrın 23-də açdığı "qaynar xətt"ə artıq 860 nəfər zəng vurub.

Movqe.az bildirir ki, NSPCC-dən verilən məlumata görə, İngiltərədə sabiq futbolçular və hazırda müxtəlif klubların heyətində çıxış edən oyunçular arasında 350 nəfər seksual zorakılıq qurbanı olub.

Onlar yeniyetmələrdən və ya gənclərdən ibarət komandaların heyətlərində çıxış edəndə təcavüzə məruz qalıblar.

Yeniyetmə və gənc futbolçuları zorlayanlar arasında həbsxanadan çıxandan sonra ad və soyadını dəyişərək Milton Keyns olmuş Barri Bennel, "Nyukasl"ın gənclərdən ibarət komandasının sabiq baş məşqçisi Corc Ormond və Frank Roper də varmış.

İngiltərə Futbol Assosiasiyası olayla bağlı araşdırmalara başlayıb.

Artıq 20 nəfər Peşəkar Futbol Assosiasiyasına müraciət edərək təcavüz qurbanı olduqlarını deyib. Onların arasında sabiq futbolçu Endi Vudvords da var.

Onun sözlərinə görə, "Kryu Aleksandra" klubunun sabiq məşqçisi Barri Bennel tərəfindən zorlanıb.

Təcavüzə məruz qalmış futbolçular arasında Kris Ansuort, Ceyson Danford, Stiv Uolters və Devid Uayt da var.

Yeniyetmə və gənc futbolçulara təcavüzdə "Bləkpul", "Mançester Siti", "Stok Siti", "Lids" və "Nyukasl" klublarının məşqçiləri şübhəli bilinirlər.

Milli.Az

Sizin Reklam Yeriniz