Əlaqə Arxiv
news Image
2016.12.14
13:55
| A A A
"Qəbələ" və "Sumqayıt"ın futbolçuları cəzalı durumda

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, turnirdə ikinci sarı vərəqə alan Vurğun Hüseynovla Ruslan Qurbanov cavab qarşılaşmalarını buraxmalı olacaq. Qurbanov “Qəbələ”nin AZAL-la ev oyununda (2:1) qələbə qolunu vursa da, xəbərdarlıqdan qaça bilməyib. 1/8 finalın “Zaqatala” ilə görüşündə də cəzalanan milliləşən rusiyalı “AZAL Arena”dakı görüşü buraxacaq.

Vurğun isə kapitanı olduğu “Sumqayıt”ın “Qarabağ”la səfər matçında (0:6) ikinci sarı vərəqəsini alıb. MOİK-lə 1/8 final duelində də eyni halla üzləşən müdafiəçi ağdamlılarla dekabrın 21-dəki oyunda iştirak edə bilməyəcək.

Sizin Reklam Yeriniz