Əlaqə Arxiv
news Image
2016.12.26
20:00
| A A A
"Neftçi"nin növbəti rəqibi müəyyənləşdi
Qış fasiləsini Türkiyədə keçirəcək “Neftçi”də Antalya planlarının bəzi detalları üzə çıxıb

Movqe.az goal.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” qardaş ölkədə 17 gün keçirəcək.

Belə ki, yanvarın 3-ü gecə yola düşəcək komanda vətənə ayın 20-də dönəcək. Türkiyədə olduğu müddətdə 4 və ya 5 yoxlama oyunu keçirməyi planlaşdıran paytaxt klubunun ilk rəqibi bir neçə gün öncədən bəlli idi.

Belə ki, “Neftçi” rəsmi saytı vasitəsilə yanvarın 8-də Türkiyə I liqa təmsilçisi “Sivasspor”la qarşılaşacağını açıqlamışdı.

Maraqlıdı ki, klubun digər rəqiblərindən biri də qardaş ölkə təmsilçisi ola bilər. Hələlik adı açıqlanmasa da, “ağ-qaralar” daha bir Türkiyə klubu danışıqlar aparır. Böyük ehtimalla razılıq əldə olunacaq və “Neftçi”nin növbəti rəqibi də yerli komanda olacaq.

Sizin Reklam Yeriniz