Əlaqə Arxiv
news Image
2016.12.29
11:55
| A A A
Nazarovun çıxışı tənqid olundu

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun “Aue” klubundakı çıxışı tənqid olunub.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Almaniya mətbuatında komanda üzvlərinin cari mövsümdəki çıxışları rəqəmlərlə öz əksini tapıb.

11 oyunda iştirak edən Nazarov ümumilikdə 486 dəqiqə meydanda olub. 26 yaşlı yarımmüdafiəçi bu müddətdə qol vura bilməyib.

Nazarovun əvvəlki görüşlərdə heç nə ilə yadda qalmadığını yazan almanlar millimizin üzvünün yalnız son görüşdə özünü yaxşı tərəfdən göstərdiyini qeyd ediblər. Söhbət “Aue”nin dekabrın 16-da “Düsseldorf”la keçirdiyi matçdan gedir. Qolsuz nəticələnən matça start heyətində çıxan Nazarov ikinci hissədə əvəzlənib.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan yığmasına çağırılan Dmitri Nazarov millidə 22 oyunda 5 qola imza atıb.//apasport

Sizin Reklam Yeriniz