"Chapecoense" qəzaya uğrayan təyyarədə olmayan futbolçunu göndərdi
"Chapecoense" klubu noyabrın 29-da baş vermiş faciəvi təyyarə qəzasında komandada olmayan Alexandro Martinuççio ilə yollarını ayırıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik davranışına görə 29 yaşlı hücumçunu göndərib. Argentinalı forvard "Atletico Mineiro" ilə keçirilən yoldaşlıq görüşündə oynamadığı üçün narazılıq etmişdi. "Chapecoense" rəsmilərindən biri isə onun paltardəyişmə otağına gəlməməsini hörmətsizlik kimi dəyələndirib.
Qeyd edək ki, noyabrın 29-u baş verən təyyarə qəzasında "Chapecoense"nin 3 futbolçusu - Jakson, Alan Ruşel və Neto sağ qalmışdı.