Əlaqə Arxiv
news Image
2017.04.04
13:38
| A A A
"İstəməzdim ki, Polun imici onun oyununa kölgə salsın"

"Marseille"in müdafiəçisi Patris Evra həmyerlisi Pol Poqba barədə danışıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu bunları deyib:

"Poqba pis oynayanda insanlar onu sosial şəbəkələrdə fəal olmaqda və saç düzümlərinə görə tənqid edirlər. O dəyişməyəcək. Poqba müstəqil hərəkət edir. İstəməzdim ki, Polun imici onun oyununa kölgə salsın. Belə olacağından narahat deyiləm. Bəziləri isə buna ümid edir. Onlar Poqbanı Bekhem kimi tənqid etməyə bəhanə axtarırlar. Pol mənə qardaş kimidir, ona uğurlar arzulayıram".

Sizin Reklam Yeriniz