Əlaqə Arxiv
news Image
2017.04.05
13:38
| A A A
Messi Qvardiolanı tərifləyib

Lionel Messi "Barcelona"nın sabiq çalışdırıcısı Xosep Qvardiolanın ünvanına xoş sözlər səsləndirib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz onun hər bir futbolçuya yaxşı bələd olduğunu qeyd edib.

"Mən və komanda yoldaşlarım bütün mümkün titulları qazanan həmin komandanın bir hissəsi olduğumuz üçün fəxr edirik. Qvardiola bizim ən yaxşı keyfiyyətlərimizdən istifadə etmək üçün balans və forma tapmışdı" - Messi deyib.

Qvardiola 2008-12-ci illərdə katalonların baş məşqçisi olub. O, ilk mövsümündəcə komandaya bütün mümkün titulları qazandırıb.

Sizin Reklam Yeriniz