"Barcelona" - "Juventus" matçını idarə edəcək hakim müəyyənləşib
Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək "Barcelona" - "Juventus" matçına təyinatlar məlum olub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, oyunu Byörn Kuipersin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 44 yaşlı referi katalon klubunun 7 matçını idarə edib. "Barcelona" bu oyunlarda 3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət görüb. Holland hakimi "Juventus"a düşərli hesab etmək olmaz. Belə ki, Turin klubu onun idarə etdiyi 4 oyunda qələbəyə həsrət qalıb - 3 heç-heçə, 1 məğlubiyyət.
"Barcelona" - "Juventus" oyunu aprelin 19-u, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.