Əlaqə Arxiv
news Image
2018.10.28
11:00
| A A A
"Dəlilik" səviyyəsinə yüksələn, pulun yoldan çıxardığı milyarderlər

Cekpot qazanan biri "bu pulla nə edəcəksən?" sualına "evdəki kondisionerimi təmir etdirəcəyəm" şəklində cavab verir. Bu cavab qəribə görünsə, bəziləriniz bunun zarafatla deyilmiş bir ifadə olduğunu düşünsəniz də, əslində belə deyil. 

Təsadüfi deyil ki, bir çoxlarının milyonlar qazandıqdan sonrakı düşüncələri və istəkləri elə bununla da sərhədlənir, çünki əllərindəki gücdən necə istifadə edəcəklərini bilmirlər. Bəs kimlər bu sahədə daha peşəkar və güclərini daha maraqlı şəkildə istifadə edə bilərlər? Əlbəttə ki, milyarderlər. 

"Qaynarinfo" xarici KİV-ə istinadən hər kəsin sahib ola biləcəyi şeyləri almaqdan bezən bu insanların qeyri-adi zövqlərini təqdim edir:

Yalnız özünü əyləndirsin deyə bir televiziya kanalı alan Hovard Hyuz

Hovard zənginliyin ən üst səviyyəsində dəliliyin sərhədlərinə nə qədər yaxınlaşacağını yoxlamağa çalışan bir milyarder olub. Deyə bilərik ki, o, bu sərhədə yaxınlaşmağa, hətta onu ötüb keçməyə belə müvəffəq olub. Onun həqiqətən psixoloji yardıma ehtiyacı olub, lakin özü bu yardımdan imtina edib. Bütün varlıların qeyri-adi özəllikləri olur, amma ondakı daha fərqli idi.

Onun ən çox sevdiyi şeylərdən biri film izləmək olub, təbii ki, öz tərzi ilə. Bu sevgisini özünəməxsus kinoteatrlarda aylar keçirməklə, heç çıxmadan tualet ehtiyaclarını belə butulkalar vasitəsilə ödəyərək həyata keçirib. Lakin, bu da ona azlıq edir və Las-Veqasda məşhur otellərdən birinin kral dairəsini alır. Burada onu narahat edən isə televiziya kanallarının onun zövqünəxas proqramlar verməməsi olur. Bu səbəbdən milyarder bu problemi öz metodları ilə həll edir. Belə ki, yerli televiziya kanallarından birini alan milyarder jurnalistləri yalnız bir nəfərin zövqünə uyğun proqramlar hazırlamağa məcbur edir. Təbii ki, həmin adam da özü idi.

Hovard yayım proqramını özü tənzimləyir və onlardan efirə gedəcək verilişlər barəsində hər şeyi hesabat şəklində tələb edir. Beləliklə, bu yolla sevmədiyi verilişləri istədiyi şəkildə dəyişdirə və ya efirdən çıxara bilir. Hansısa bir səbəbdən ötrü bir filmə və ya proqrama baxa bilmədikdə studiyaya zəng vuraraq həmin verilişi yenidən efirə vermələrini tələb edir. Deilənə görə, onun şəhərə gəlişi "İce Station Zebra" filminin efirə getməsi ilə məlum olurmuş Bu, milyarderin ən çox sevdiyi film olub. Demək olar ki, kanalda hər gecə yayımlanan film bəzən səhərə qədər təkrar-təkrar efirə gedirdi.

İtlərini lüks içində yaşadan milyarder Vonq Sikonq

Vonq Sikonq Çinin ən varlı iş adamlarından biridir. O da milyarder həmkarları kimi qeyri-adi özəlliyə sahibdir. Vonq mətbuatın gündəminə milyarder olmağından daha çox itlərini lüks həyat içərisində yaşatmağı sevən və bundan zövq alan biri kimi düşüb. Fotoda gördüyünüz itin adı "Koko"dur. iPhone 7 yenicə təqdim edildiyi vaxtlarda Vonq itinə ondan 8 ədəd alıb və itin ayaqlarına "Apple Watch" bağlayaraq fotolarını sosial şəbəkədə paylaşıb.

Təbii ki, o da itlərin Apple işlədə bilməyəcəyini anlayacaq qədər ağıllıdır. Bunu etməsinin səbəbi isə milyonlarını xərcləmək üçün yer tapa bilməməsidir.

 

Paris Hilton da buna oxşar bir şey etmişdi. Nə üçün bilirsinizmi? Çünki o, Paris Hiltondur, başqa izahı yoxdur. Bu ev bahalı mebellərlə dolu bir villadır. Hilton buranı "İt villası" adlandırır.

 

Bu siyahıda Meray Keri də var. Belə ki, o, itlərinin tətilə gedə bilməsi üçün 175 min dollara şəxsi təyyarə alıb.

Qədim ağacları toplayaraq öz meşəsində əkdirən Gürcüstanlı milyarder Bidzina İvanişvili

Sizinlə bir milyarder arasındakı fərq: Siz təbiət qoynunda olarkən gördüyünüz ağaca "Nə gözəl bir ağacdır" deyirsiniz, o isə "Bunu söküb mənim bağıma aparın" deyir.

Gürcüstanın keçmiş multimilyarder baş naziri Bidzina İvanişvili ağac kolleksiyaçısıdır. Proses belə baş verir. Əvvəlcə özü bir ağac bəyənir, sonra da komandası həmin ağacı kökündən çıxararaq hazırda şəlalə və ekzotik heyvanların da olduğu şəxsi villasının bağına gətirirlər. Əslində bu, çox da asan iş deyil. 2016-cı ildə İvanişvili 135 illik tarixi olan lalə ağacını evinə göndərilməsi üçün alır, lakin ağac o qədər ağır olur ki, az qala onu gətirən gəminin batmasına səbəb olacaqdı.

Bu səbəbdən ağacı gətirmək üçün yeni bir yol inşa edilir, lakin o da çökür. Nəhayət ağacı 40 kilometr sürüdükdən sonra ünvana gətirib çıxara bilirlər. İvanişvili aldığı ağacların yerinə yenilərini əkəcəyini və məqsədinin əslində bu ağacları xilas etmək olduğunu dəfələrlə desə də, tənqidlərin qarşısını ala bilməyib.

Yol hərəkəti qaydalarını pozaraq cərimə ödəməyi sevən texnologiya sahəsinin milyarderi Bil Qeyts

Bir milyarder üçün sürət həddini keçdiyi üçün cərimələnib 150 dollar alınması yol polisinin cibinizdəki 5 qəpiyi istəməsi kimi bir şeydir. Bu zaman onları narahat edən tək şey üzündəki gülüş ifadəsini gizlətmək məcburiyyətində qalmalarıdır.

Bil Qeytsin "Porsche" markalı avtomobillərlə arasında xüsusi bir bağ var. Kolleksiyasının ən qiymətli parçası da məhz "Porsches 959" modelidir. Bu, dünyada insanların ən çox sahib olmaq istədiyi və çoz az tapılan avtomobil modellərindəndir. Lakin onun bir problemi vardı. Belə ki, bu avtomobili ABŞ-a gətirməyə qadağa qoyulmuşdu, çünki bu model ABŞ-ın qoyduğu standartlara cavab vermirdi. Qeyts bu qanuna qarşı çıxaraq belə deyib: "Bu qanun xoşuma gəlmir, dəyişdirin!"

Onun bu çıxışından sonra yeni bir qanun qəbul edilir. Bu qanun "Göstər və sərgilə" adlanır. Qanuna əsasən varlı şəxslərin sadəcə varlı olacaqlarına dair zəmanət verəcəkləri təqdirdə qanundankənar avtomobillərin ölkəyə daxil edilməsinə icazə verir. Hazırda Qeyts ətraf mühitə zərər versə belə avtomobilini istədiyi yerdə və istədiyi şəkildə sürə bilər. Bunun səbəbi isə bir bina dolusu vəkilin o istədiyi üçün qanuna qarşı çıxmaq məqsədilə çalışmalarıdır.

Bilin uzun müddət meriban düşməni olan biznesmen Stiv Cobs da özünəxas xüsusiyyətləri ilə qanundakı boşluqlardan yararlanmağa çalışıb. Belə ki, o, avtomobilini seriya nömrəsi olaraq idarə etməyi rədd edib. Əsllində ayağını unitaza salan və sadəcə köklə alma yeyə bilən biri üçün bu, normal hesab edilə bilər. Bu da onun qeyri-adiliyidir deyə bilərik. Cobsun bəxtindən Kaliforniya qanunlarına görə, yeni bir avtomobil alan şəxs onu 6 ay seriya nömrəsi olmadan sürə bilərdi. Bu səbəbdən də hər dəfə sənədləşdirmə işləri ilə yorulmamaq üçün Cobs hər 6 aydan bir avtomobilini dəyişir və özünə yeni bir "Mercedes" modeli alırdı.

Məşhurların yaşadığı evləri alaraq kolleksiyasına daxil edən milyarder Henri Ford

Sənaye oliqarxı olan Henri Ford tarixi önəm daşıyan hansı abidəni və ya malikanəni ziyarət etsə oranı almaq istəyərdi. Məsələn, Rayt qardaşlarının ilk təyyarəni ixtira etdikləri yeri, ya da Edisonun kəşflərini gerçəkləşdirdiyi laboratoriyanı gəzərkən bura üçün nə qədər lazımdırsa pul verərək alır, içərisindəki tarixi əşyaları isə Miçiqan ştatında yerləşən və varlığını hələ də qoruyub saxlayan "Greenfield Village" muzeyinə göndərir. Onun üçün "xeyr" kəlməsinə yer yox idi. Bir ara Stefen Foster adlı bir musiqiçini özü üçün hədəf halına çevirən Ford onun Pitsburqdakı uşaqlığını yaşadığı evi yüksək məbləğdə pul təklif edərək alaraq Miçiqana aparmaq istəyir, lakin şəhər bələdiyyəsi məsələyə qarışaraq onun yanlış evi aldığını bildirir.

Bu iddia Fosterin tərcümeyi-halını yazan Con Tasker Havard tərəfindən də təsdiqlənib. Fosterin atası o evə sahib olsa da, əslində musiqiçi həmin evdə heç bir zaman yaşamayıb, hətta o evi görməyib. Buna baxmayaraq milyarder Pitsburqdakı o evi yerlilərin fikirlərinə əsasən alır və üzərinə "Stefan Fosterin doğulduğu ev" lövhəsini yazdıraraq "Greenfield Village"ə daşıtdırır. Fosterin bacısı uşaqlarından biri olan Evelayn Foster Fordu gerçəkləri gizlətməklə günahlandırırdı. Hər nə olursa-olsun Ford həmin evin tarixi bir yer olduğu fikrindən ölənə qədər dönməyib. Əlbəttə... Milyardersənsə həyatdakı yeganə həqiqət sənin inandıqların və sənin fikirlərindir."Qaynarinfo"

Sizin Reklam Yeriniz