"Ağıllı" çəlik istehsal olunub
Movqe.az xəbər verir ki, Yaponiyanın
texnologiya nəhənglərindən
"Fujitsu" "ağıllı" çəlik
istehsal edib. Yapon
şirkəti, İspaniyanın
Barselona şəhərində təşkil
edilən Mobil Ümumdünya
Konqresində "ağıllı" çəliyi
tanıdıb. Çəlikdə
GPS və naviqasiya
sistemilə yanaşı istifadəçinin
bədən istiliyi və
ürək atışlarını izləyən bir
sistem də var. Çəlik
3G və kabelsiz
internet xüsusiyyətlərinə də
malikdir. İstifadəçi online
olaraq izlənə bilir. Həmçinin
fövqəladə hallarda əvvəldən təyin
olunan ünvana
e-poçt(elektron
poçt) atıla bilir. Fujitsunun "Yeni
Nəsil Çəlik" adını
verdiyi məhsulu yaşlılarla yanaşı
köməyə ehtiyacı olan
insanlar da istifadə edə
biləcək.