Çikaqo Çayı yaşıl rəngə boyandı
Movqe.az xəbər verir ki, İrlandiyanın
qoruyucu müqəddəslərindən
Patrikin ölüm ili
olaraq qəbul edilən
17 Martda qeyd olunan
Müqəddəs Patrik Günü,
ABŞ-ın Çikaqo şəhərində
yenə rəngli görüntülərə
səhnə olub. Çikaqo
şəhərində on minlərlə
İrlandiya əslli Amerikalı
küçələrə axın edib.
Hər il olduğu
kimi bu il də
Çikaqo Çayı yaşıl
rəngə boyanıb. Müqəddəs
gündə yaşıl rənglərə
bürünmək ən əhəmiyyətli
təbrik formalarından
biridir. İnanca görə;
Əziz Patrickin simvolu
əlindən heç yerə qoymadığı
yaşıl rəngli, üç
yarpaqlı bir yonca olub.
Onun vətəni İrlandiyada da
mərasim keçirilib. Kilsələrə axın
edən xalq, soyuq
və yağışlı havaya
baxmayaraq, yaşıl rəngə
boyanaraq əyləncənin dadını
çıxarıb. Katolik dünyasının
yeni ruhani lideri
Papa I. Françis
də xalqı təbrik edib.