Əlaqə Arxiv
news Image
2013.05.02
15:22
| A A A
Üz nəqlindən sonra ilk dəfə görüntüləndi
Movqe.az xəbər verir ki, ABŞ-da fevral ayında üz nəqli əməliyyatı keçirən Karmen Bland Tarleton ilk dəfə mətbuat qarşısına çıxıb. O, Bostonda təşkil edilən mətbuat konfransında, özünü zehni və emosional baxımdan daha yaxşı hiss etdiyini bildirib. Yaşadıqlarını 6 il əvvəl xəyal belə edə bilməyəcəyini dilə gətirən Tarleton təcrübələrini, öz ağrılarından qaçmaq məqsədiylə içlərində güc tapmaları üçün, başqaları ilə bölüşmək istədiyini söyləyib. İki uşaq anası, köhnə tibb bacısı 44 yaşındakı Tarleton, 2007-ci ildə başqa bir kişiylə görüşdüyündən şübhələnən keçmiş həyat yoldaşı Herbert Rodgersin hücumuna məruaz qalmışdı. Rodgers, çubuqla döydüyü Tarletonun üzərinə güclü kimyəvi maddə ehtiva edən paltar sodası tökmüşdü. Qadının bədəninin 80 faizi yanmış və kor olmuşdu. Bostondakı xəstəxanada 15 saatdan uzun sürən üz nəqli əməliyyatında 30-dan çox cərrah, anestezi mütəxəssisi və tibb bacısı vəzifə görürdü.

Sizin Reklam Yeriniz