Kraliça Elizabetin qeyri-rəsmi görüntüsü
Movqe.az xəbər verir ki, İngiltərə
Kraliçası 2-ci Elizabet "Royal Windsor Horse Show" adlı at
yarışının ilk günündə kameralara doğru üzünü turşudarkən
görüntülənib. Beş gün ərzində davam edəcək ənənəvi yarışların
başlanğıcında 87 yaşındakı Kraliçanın verdiyi pozaya "Guardian"
qəzeti, "Rəsmiliyi bir kənara qoyan Kraliça Elizabet etdiyi ən
yaxşı şeyi edir və üzünü turşudur" şərhini yazıb. Royal Windsor
Horse Show, 1943-cü ildə müharibə dövründə yardım yığmaq üçün
başladılmışdı. Yarış bu il 70-ci ilini qeyd edir.