Dünyanın ən kiçik körpəsi - 245 qram doğuldu + Fotolar
Amerikanın Kaliforniya ştatında dünyanı heyrətə gətirən hadisə baş verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, anasının yüksək təzyiq səbəbilə 23 həftə 3 günlük dünyaya gətirdiyi körpə cəmi 245 qr olub. Həkimlər ailəyə Saybi adlı uşağın ən çox bir saat yaşaya biləcəyini deyiblər. Ancaq o, tibb dünyasını heyrətləndirməyi bacarıb. 5 aydan çox küvəzdə qalan körpə 2,2 kq olduqdan sonra evə buraxılıb.
Həkimlər onun tamamilə sağlam olduğunu bildiriblər.


