Loto oyunları milyoner etdi
ABŞ-ın Vircinia əyalətində yaşayan təqaüdçü poçtalyon Melvin Uilson
2004-cü ildən bəri tam dörd dəfə loto oyunlarından pul qazanıb.
Movqe.Az-ın məlumatına görə, çox adam heç
olmasa bir dəfə qazanmalarının xəyalını qurarkən, dörd dəfə bu
sevinci yaşayan Uilsonun səkkiz il içindəki cəmi qazancı 2 milyon
25 min dollar olub. İlk olaraq 2004-cü ildə "Millionaire Mania"
adlı kart alaraq 25 min dollar qazanan Uilson, 2005-ci ildə isə
eyni kartla əvvəl 1 milyon dollar, sonra isə 500 min dollar
qazanıb. Uilson son olaraq bir neçə həftə əvvəl 500 min dollar daha
qazanıb.