Əlaqə Arxiv
news Image
2013.05.16
18:01
| A A A
2300 illik piramidanı yıxdılar
Movqe.az xəbər verir ki, Mərkəzi Amerika ölkələrindən Belizedə Maya piramidası böhranı yaşanır. 350 min əhalisi olan ölkədə bir inşaat şirkəti, yol salınması işi əsnasında 2300 illik Maya Piramidasını, yıxmaqla günahlandırılır. Bəzi xəbərlərdə tikinti şirkətinin, içində məbədlərin də olduğu Nohul piramidasında sökülən qaya parçalarını, yol istehsalında istifadə etdiyi də iddia edilib. Dağıntının ardınca piramidadan geriyə yalnız kiçik bir hissə qalıb. İnşaat şirkəti isə iddiaları rədd edir. Mərkəzi Amerika və Meksikada e.ə. 3 min və eramızın  1500-cü illəri arasında hökmranlıq edən Mayalayar riyaziyyat və səma elmləri sahələrindəki işləri ilə məşhur idi.
Sizin Reklam Yeriniz