Əlaqə Arxiv
news Image
2013.05.31
16:25
| A A A
Rihanna "Diamonds World Tour" turnirinə davam edir
Movqe.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rihanna Diamonds "Diamonds World Tour" turniri çərçivəsində İnönü Stadionunda verəcəyi konsert üçün dünən 17.45 -də xüsusi təyyarəsiylə İstanbula gedib. Üzərində idman paltarlarıyla təyyarədən enən Rihannanın əlində stress topu olması diqqətlərdən yayınmayıb. Rihanna Atatürk Havalimanı Baş Aviasiya terminalında bir müddət təyyarənin içində gözləyib, sonra isə  avtomobilin təyyarənin yanına gəlməsi ilə terminala keçib. Rihannanın qrupu İstanbul tıxacına düşməmək üçün dəniz yolunu seçib.  Mindiyi gəmidə kapitanla xatirə fotoşəkili çəkdirən və olduqca şən olan Rihanna və qrupuna toyuqlu pilov və köftə təqdim edilib. Rihanna Türk yeməkləri üçün darıxdığını bildirib.
Sizin Reklam Yeriniz