Tədqiqatçılar buzda əsir qaldılar
Movqe.Az xəbər verir ki, Şimal Buzlu
okeanda sürətlə əriyən bir buz kütləsinin üzərində 16 qütb
tədqiqatçısı qapalı qalıb. Araşdırmaçıları xilas etmək üçün nüvə
gücüylə çalışan bir buzqıran göndərilib. "Camal" adlı buzqıran
gəminin qarşısında araşdırmaçılara çatmaq üçün əlavə 11 günlük
məsafəsi qaldığı yazılır. Buzqıranın kapitanı Valeriy Tomov
gözlənilməz bir çətinliklə qarşılaşılmadığı müddətcə gəminin
saatdakı sürətinin təxminən 25 kilometr olduğunu bildirib.
Xilasetmə əməliyyatının təxminən bir ay davam edəcəyi təxmin
edilir. Araşdırmaçılar 2012-ci ilin oktyabr ayından bu yana Şimal
Qütb Bölgəsindəki dəyişiklikləri araşdırırdı. Araşdırmaçıların
Kanadaya təxminən 1 600 kilometr məsafədəki bölgədə bir neçə ay
daha vaxt keçirməsi planlaşdırılırdı. Buz kütləsinin qırılmasının
tədqiqatçıların həyatını təhlükəyə atacağı düşünülür.