Əlaqə Arxiv
news Image
2012.05.10
20:19
| A A A
ELAN- iş axtaran bir işsiz var, adı Sarkozi
Prezident seçkilərində məğlub olan Nikolya Sarkozinin artıq hansı işlə məşğul olacağı məlum olub.

Seçkilərdən əvvəl uduzacağı halda siyasəti buraxacağı, daha sonra Paris bələdiyyə sədrliyinə namizəd olacağı iddia edilirdi. Lakin Sarkozinin mətbuat sözçüsü Frank Louvrier tezliklə Sarkozinin vəkilliyə geri qayıdacağını deyib.

"Qızıl Denni" kimi tanınan Avropa Parlamentinin Yaşıllar partiyasından olan Daniel Cohn Bendit Sarkozini iş adamı kimi görmək istədiyini bildirib: "Schröder kimi bir qaz şirkəti və ya nüvə enerji şirkətinin sözçüsü ola bilər, pula pul deməz. Nəticə etibarı ilə onun Karla kimi bir problemi var. Ona pul qazana biləcəyini göstərməlidir".

Sizin Reklam Yeriniz