Əlaqə Arxiv
news Image
2013.10.31
15:39
| A A A
Artıq hamı siqaret ala bilməyəcək
Movqe.Az xəbər verir ki, Nyu York Şəhər Şurası siqaret almaq yaşını 18-dən 21-ə qaldırılmasıyla bağlı səsvermə keçirib. "The Associated Press"in xəbərinə görə Nyu York belə bir yüksək yaş limiti tətbiq etdiyinə görə, Birləşmiş Ştatların ən nüfuzlu yerinə çevriləcək. Yeni yaş limitinə elektron buxarlı siqaretləri də daxildir. Bütün ABŞ-da minimum siqaret çəkmə yaşı 18-dir. Bəzi ştatlarda bu limit 19-a, digər iki ştatda isə 21-ə qaldırılıb. Şəhər Şura rəhbəri Ceyms Genarro: "bu yaş limiti bir çox həyatı xilas  edə bilər".  Hər iki valideynini siqaretlə bağlı xəstəlikdən itirmiş Cənab Genarro:" Mən bunları şəxsən yaşadım, gördüm. Lakin bu gün özüme daha yaxşı hiss edirəm" deyə sözlərinə əlavə edib. Bir çox tənqidçilər də bu tədbirlər sayəsində gənclərin qara bazarlardan çəkiləcəyinə ümid edir. Layihəni dəstkləyənlərdən biri olan Nyu York meri Maykl Blumberq də 30 gün ərzində liyihəni izmalayaraq qanun layihəsinə çevrilməsində böyük rol oynamışdı. Bu tədbirin təsiri isə 180 gün sonra özünü göstərəcək. "Bir dəfə siqaret çəkəndən sonra onu asılılıq  yaratdığını hamımız yaşı bilirik və biz gənclər siqaretə başlamazdan əvvəl bunun qarşısını alacağıq" deyə Blumberq bildirib. Blumberqin bu planı mağazaların siqareti ictimayyətə açıq rəflərdən götürərək, gizli satılmasını təmin edib.


elektron siqaret




Sizin Reklam Yeriniz