Lumia 525 satışa çıxır
5 megapiksellik kamerası olan Lumia 525-də flaş və ön kamera yoxdur.
Movqe.Az xəbər verir ki, Nokia Lumia 525, cüt nüvəli Snapdragon S4
prosessor, 8GB storage, bir microSD slotu, 1GB RAM ilə gəlir. 4
düymlük ekrana sahib cihazın ekran həllolma dəqiqliyi isə yalnız
800 × 480 pikseldir. 5 megapiksellik kamerası olan Lumia 525-də
flaş və ön kamera yoxdur. Lumia 520 ilə bənzər ölçüyə sahib
telefonun ölçüləri 119.9 x 64 x 9.9mm, ağırlığı isə 124 qramdır.
Ağ, qara, sarı və narıncı rəng variantlarıyla satışa təqdim
ediləcək olan telefonun qapaqları dəyişdirilə bilir.