Ölən motosikletçi üçün keçirilən yarışda yenə qəza oldu!
2011-ci ildə yarış qəzasında ölən İtalyan motosikletçi Marko
Simonkellinin xatirəsinə keçirilən yarışda da qəza yaşanıb.
İtalyanın paytaxtı Roma yaxınındakı Latina şəhərində təşkil edilən
"SicDay" yarışı ikinci turda qəza keçirən İtalyan pilot Doriano
Romboni dünyasını dəyişib. Romboni, enmə zolağının digər hissəsində
6-cı döngəni keçməyə çalışan 33 yaşındakı pilot Gianluca Vizziello
ilə toqquşub. Qəzadan sonra Romboni hərəkətsiz qalıb. Həkimlərin
tez müdaxilə etdiyi 44 yaşındakı Romboni, qaldırıldığı xəstəxanada
vəfat edib.