Müntəzəm məşq Demensiyanı azaldır
Fiziki fəaliyyət yaddaş, diqqət və ümumi koqnitiv funksiyanı
gücləndirərək getdikcə artan ağıl xəstəliklərinin qarşısının
alınmasında böyük rol oynayır, aparıcı tibb jurnalında yayımlanan
yeni tədqiqatda belə deyilib. Bu haqda Movqe.Az "The
Guardian"a istinadən xəbər verir. Bu kəşf, çərşənbə günü
"Covhrane library"da yayımlanıb. Bildirilib ki, davamlı idman
Demensiyanın(Demensiya (lat. dementia - ağılsızlıq) - ağılın
zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat
keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin
isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji
hal. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda
zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq marazmı
da deyilir. Dünya Səhiyyə təşkilatının məlumatlarına əsasən bu
haldan əziyyət çəkənlərin sayı 35,6 milyondur. 2030 cu ildə bunun
65,7 milyona, 2050 ci ildə isə 115,4 milyona çatması gözlənilir.)
qarşısının alınmasına yardım edir. Tədqiqat Kanada Alberta
Universitetinin Professoru Dorothi Fobes rəhbərliyndə aparılıb.
Xatırladaq ki, G8 ölkəılərinin Nazirləri gələn çərşənbə günü
Londonda Demensiya barədə Sammit keçrməyə hazırlaşır.