"WhatsApp ödənişli olacaq. Bu mesajı 10
nəfərə göndərsəniz ondan pulsuz istifadə edəcəksiniz" kimi
ismarıcların fotoşəkilləri ələ keçirmək üçün göndərilən bir virus
olduğu aydın olub. Məşhur mesajlaşma xidməti Whats - Appdan gələn
smarıcların sirri tapılıb. İstifadəçilərə bir müddət "WhatsApp
ödənişli olacaq. 10 nəfərə bu mesajı göndərsəniz Logonuz mavi
olacaq və pulsuz istifadə etməyə davam edəcəksiniz" , "WhatsApp
10-cu ilini qeyd edir. Bu mesajı yoldaşlarınıza çatdıesanız 5 il
pulsuz istifadə edəcəksiniz" tipli mesajlar gəlirdi. Bu mesajların
təhlükəsizlik mənsublarına da gəlməsiylə Kəşfiyyat Dairə
Rəhbərliyi, mesajlarla əlaqədar araşdırma başladıb. Mesajlara
inanaraq digər istifadəçilərə göndərən şəxslərin telefon yaddaşı və
cihazlarındakı fotoşəkillərinin kopyalandığı təsbit edilib.
Kəşfiyyat qrupları , virusu yayan bir nəfərin kompüterinin IP
ünvanını tapıb. ittihamları rədd edən şəxsin viruslu mesajlarla ələ
keçirilən telefon nömrələri və fotoşəkillərlə nə etmək istəndiyi
isə hələlik bilinmir.