Əlaqə Arxiv
news Image
2013.12.21
11:30
| A A A
Parlament mini ətəkləri qadağan elədi
Uqanda parlamenti ölkə ərazisində mini ətək geyinilməsini qadağan edən qanun layihəsini qəbul edib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ölkə başçısının imzasından sonra qanun qüvvəyə minəcək.

Qanuna əsasən, tək mini ətəklər deyil, belə paltar geyinən qadınların foto və videoları da qadağan edilir. Nəticədə Uqandanın televiziya efirində Qərb istehsalı olan filmlər və musiqi klipləri göstərilməyəcək.

Mini ətəklərin qadağan edilməsi ölkədə pornoqrafiya ilə mübarizə haqqında qanun layihəsinin az bir qismidir. Qanuna əsasən, cəlbedici mimik ifadələr və səs tonları da pornoqrafiya hesab oluna bilər.
Sizin Reklam Yeriniz