Facebook onu da aldı
Facebook Branch və Potluck onlayn proqram təminatı istehsalçısı
Branch Media şirkətini satın alıb. Sazişə əsasən, Branch Media
şirkəti Facebook Conversation Group bölməsinin tərkibinə daxil
ediləcək. Branchın həmtəsisçisi Coş
Miller öz bloqunda yazıb ki, şirkət ilkin texnologiya
və məhsulları inkişaf etdirməyə davam edəcək, lakin artıq bunu
Facebook miqyasında həyata keçirəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sazişin maliyyə şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Branch Media şirkəti iki il əvvəl yaradılıb. Onun həlləri internet üzərindən konfranslar keçirməyə və veb məzmunla işləməyə icazə verir. Potluck mobil tətbiqi istifadəçilər qrupuna müxtəlif mövzular üzrə ünsiyyət saxlamağa icazə verir. Hərçənd yaratdığımız məhsullar Facebook sosial şəbəkəsində əlçatan olacaq, lakin Branch və Potluck Facebook-dan kənarda mövcud olacaq – Miller yazıb.