Başına 200 tikan batdı ,buna sevindi!
Movqe.Az xəbər
verir ki, Braziliyanın
Rio da Janeiro şəhərində 52 yaşındakı Sandra Nabucco adlı qadın , bir
evdən düşən kirpinin başına düşməsiylə yaralanıb. Başına 200-dən çox tikan batan Nabucco ,
kirpinin həyatını xilas etdiyi üçün
qəzadan məmnun olduğunu
söyləyib.
Ev qadını Sandra Nabucco iti ilə birlikdə gəzərkən , bir evdə gözlənilən kirpi balkondan düşüb. Başına 200-dən çox kirpi iynəsi batan qadın ağrı içində xəstəxanaya qaldırılıb. Sandro Nabucco , böyük bir şok yaşadığını deyib, " Başımın üzərinə bir ağırlıq düşdüyünü , hiss etdim. Əlimlə yoxlayanda iynələri olduğunu hiss etdim. Daha sonra dözülməz bir ağrı başladı " söyləyib. Başındakı kirpinin iynələri çıxarılan qadın , " Mən güclü bir qadınam. Yaşlı biri və ya bir uşaq belə bir hadisədən sonra ölə bilərdi. Həmçinin , heyvanları sevirəm. Yerə düşməsinə maneə törədərək, deyəsən, Kirpinin həyatını xilas etdim " deyib.