Ikinci peykimizi bu şirkət hazırlayacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fevralın sonunadək
ölkənin ikinci telekommunikasiya peykini istehsal edəcək şirkətin
adını açıqlamaq niyyətindədir. "Azərkosmos"dan " verilən məlumata əsasən, hazırda şirkətin
müəyyən edilməsi ilə bağlı son tamamlama işləri aparılır.
"Tender ötən ildən etibarən keçirilir
və layihə ABŞ tərəfindən maliyyələşdiyinə görə tenderdə əsasən ABŞ
şirkətləri iştirak edirlər. Fevralın sonunadək qalib olacaq
şirkətin adı açıqlanacaq",- deyə "Azərkosmos"dan bildiriblər.
Xatırladaq ki, "Amerika Birləşmiş
Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında
"Azərspace-2" telekommunikasiya peyk layihəsi ilə əlaqədar
texniki-iqtisadi əsaslandırma hazırlanmasına dair Qrant Müqaviləsi
imzalanıb və "Azərkosmos" ASC-yə yarım milyon dollardan artıq
məbləğdə qrant ayırıb.