Əlaqə Arxiv
news Image
2014.02.28
11:26
| A A A
Microsoft - Nokia dostluğu pisləşib?

Nokia və Lumia markalarının hüquqlarına sahib olan Microsoftun gələcəyi naməlumdur. Şirkət , Nokia markasının istifadəsi haqqında rəsmi şərhdən qaçır.


Movqe.Az xəbər verir ki, ötəni il Nokianın cihazlar hissəsini satın alan Microsoft , mobil bazardakı strategiyalarını formaıaşdırmağa davam etdirir. 


Şirkət , məhsullarında Lumia adını istifadə etməyi davam etdirəcəyini açıqlasa da , Nokia üçün qeyri-müəyyənlik davam edir.



"Cnet"in son verdiyi xəbərə görə , şirkətin gələcək marka strategiyası hələ dəqiq deyil. Xəbərdə Windows Phone idarəçisi Greg Sullivanın mövzu haqqındakı açıqlamalarına yer verilir. Sullivanın Mobil Dünya Konqresində etmiş olduğu ifadələrdən , Lumia adının yeni məhsullarda istifadə edilməsini doğrulamasına qarşı , Nokia adının gələcəyi haqqında yeni şərh etməkdən boyun qaçırdığı bildirilir.



Texnologiya redaktorlarından görə Microsoftun Nokia markasını istifadə etmək məcburiyyətində olmasının qarşısındakı mane də getdikcə azalır.  Hal-hazırda isə Windows Phone və Lumia markalarının öz başlarına ayaqda dayana biləcək mövqeyə gəldikləri deyilir.



Nokia və Microsoft arasındakı arasındakı razılaşmaya görə , Lumia və Asha markalarının istifadə haqqı Microsofta keçmiş vəziyyətdədir. Bu iki marka ilə yanaşı , Nokia markasının istifadə haqqı da 10 illiyinə Microsoftda yer alır. Bununla yanaşı Nokia , öz markasını qoruma haqqında da malikdir. 

Sizin Reklam Yeriniz