Əlaqə Arxiv
news Image
2014.03.20
14:00
| A A A
Saç tökülməsi probleminin təbii həlli
Saçlar qadınların yaralı yeridir desək yanılmarıq. Buna görə də zərif cinsin nümayəndələri bu gözəllik əlamətinə xüsusi qayğı ilə yanaşır. Gündəlik 100 tel saç hər insanda tökülməkdədir. 100 teldən artıq saçınız tökülürsə sizdə də saç tökülməsi problemi vardır. Saç tökülməsini evinizdə tətbiq edəcəyiniz bitki mənşəli müalicələrlə qarşısını ala bilərsiniz. Movqe.az həkimə getmədən, ev şəraitində saçlarınıza qulluq etməyin variantlarını sizə çatdırır.

Tökülən Saçlar Üçün Evdə Saç Maskaları

Maska 1:
Zeytunyağı, bal və darçını qarışdıraraq bir pasta hazırlayın.
Bunu saç dərisinə masaj edərək yedirin və 15 dəqiqə saxlayın. Yumşaq şampunla yuyun.
Həftədə 3-4 dəfə təkrarlayın.

Maska 2:
1 qaşıq zeytunyağı, 1 qaşıq çörək otu və 2-3 diş sarımsaq.
Sarımsağı əzib, kökə otu və yağla qarışdırıb, qovurub, ilıq halda saçınıza sürtün və yarım saat gözlədib, təmizlənənə qədər yuyun.

Maska 3:
Gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün.
Bu saçlarınızın daha çox tökülməsinə mane olar.
Sizin Reklam Yeriniz