Əlaqə Arxiv
news Image
2014.03.29
13:10
| A A A
Üzüklər bizimlə bağlı hansı məlumatları daşıyır?
Həyatımızda bir çox detalın mənasının olduğu kimi üzüklərin də öz mənası var. Movqe.az ans press-ə istinadən bildirir ki , üzüyü hansı barmaqa taxmağımız bizimlə əlaqədar ipucları verir.

* Üzüyünüzü baş barmağınıza taxırsınızsa azadlığınıza düşkün birisiniz. Sizinlə birlikdə olacaq biri bunu bilməli və bu vəziyyəti anlayışla qarşılamalıdır əks halda əlaqəniz uzun ömürlü ola bilməyəcək.

* Üzüyünü şəhadət barmağına taxanlar nüfuzu və gücü xoşlayır. Ətraflarında da nüfuz və güc təmsili olaraq görülür. İş həyatında çox müvəffəqiyyətli olacaq bu kəslərdənsinizsə qısa zamanda işinizdə yüksəlməniz heç də çətin olmayacaq. 

* Üzüyünü orta barmağına taxmağı seçənlərin ən diqqətə çarpan xüsusiyyətləri etibarlı oluşmalarıdır. Ətraflarında hamı tərəfuindən etimad olunan və sirr saxlama xüsusiyyətlərinə görə hər kəslə müsbət əlaqələr quran bu kəslər etibarlı olduqları üçün möhkəm dostluqlara sahibdirlər.

* Üzüklərini yalnız üzük barmağına taxanlar isə nizamlı, vasvası kəslərdir. Evləri avtomobilləri iş masaları hər vaxt nizamlı olan bu insanlar bu xüsusiyyətlərindən ötəri qısqanılan kəslərdir. Dağınıqlığa dözüm edə bilməyən bu kəslər üçün nizam yoldaş seçkisində də əhəmiyyətli bir meyardır. Onlara təsir etmək istəyən kəslər vasvası olmaq məcburiyyətindədirlər.

* Üzüklərini kiçik barmaqlarına taxanların ən diqqətə çarpan xüsusiyyəti cazibədar oluşmalarıdır. Ətraflarında dərhal diqqət çəkməyi bacaran bu kəslərin insanları təsir etmə potensialları hər vaxt yüksəkdir. Girdikləri hər mühitdə cazibədarlıqlarıyla özlərini müəyyən edən bu kəslərin diqqətini çəkib onları təsir edə bilmək olduqca çətindir.
Sizin Reklam Yeriniz