Dələ şəhərə 300 min dollar ziyan vurdu
ABŞ-ın İndiana ştatında, Fort-Ueyn şəhərində
maraqlı partlayış baş verib. Movqe.az ans press-ə istinadən xəbər
verir ki, hadisə nəticəsində şəhər bir gecə
işıqsız qalıb.
Araşdırmalar zamanı məlum olub ki, partlayış
şəhərin mərkəzi elektrik şəbəkəsində baş verib. Partlayışın səbəbi
isə hamını təəccübləndirib.
Demə dələ balası şəhərin elektrik şəbəkəsinə
girib. Dələ yüksək gərginlikli xətlərə toxunduğu üçün qısaqapanma
baş verib. Nəticədə şəhərə 300 min dollar məbləğində ziyan
dəyib.
Hadisə nəticəsində yaranan problem çox olduğu üçün
onu bir neçə gün ərzində aradan qaldırmaq mümkün
olmayıb.